Qazaxıstanın Aktau şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 2030-cu il üçün turizm paytaxtlığına vahid namizəd kimi irəli sürülüb.
Oxu.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə turizm üzrə yüksəksəviyyəli ekspertlər qrupunun 9-cu iclasında məlumat verilib.
Qeyd olunub ki, Aktau yeganə namizəddir və bu yolda Qazaxıstana uğurlar arzulanıb.
Qaynar xətt:
(055) 224 12 12