Türkiyəyə aid olan adaları Yunanıstan və yunanlar işğal edib, amma AKP hökumətindən kimsə onlara səsini çıxarmır.
Oxu.Az xəbər verir ki, bunu Tükiyənin nüfuzlu siyasətçilərindən olan “İYİ PARTİ”nin genəl başqanı Meral Akşənər deyib.
Onun sözlərinə görə, AKP hökumətindən, sadəcə, indiki xarici işləri naziri Mövlud Çavuşoğlu çıxıb “İşğal bizim zamanımızda olmadı” açıqlamasını verdi:
“Yunan nazir isə çıxıb “cəsarətiniz çatırsa, gəlin alın” dedi. Amma hökumətdən onlara heç “gəlirik” deyəni duymadıq. Ən son isə Çipras adanın birində quzu kababı çevirdi. Bunlar işğal edilmiş Vətən torpağıdır, nə lazımdırsa, o da edilməlidir”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az