Moskvada aktyor Aleksey Batalov xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti onun arvadı Qitana Leontenkoya istinadən məlumat yayıb.
“O, xəstəxanadadır, amma özünü yaxşı hiss edir və mən ümid edirəm ki, tezliklə evdə olacaq”, - o deyib. Batalovun xəstəxanaya hansı səbəbdən aparıldığı barədə məlumat verilmir.
88 yaşlı aktyorun həyat yoldaşı TASS-a qorxulu heç nəyin olmadığını bildirib.
“Aleksey Vladimiroviç xəstəxanadadır, artıq gəzir. Həkimlər onu gələn həftə evə yollayacaqlarını vəd ediblər”, - Qitana Leontenko bildirib.
N.О.
www.oxu.az