Məşhur amerikalı musiqiçi Alan Tussen 77 yaşında həyatla vidalaşıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, müğənni Madriddə konsertindən sonra ürək tutmasından vəfat edib.
Rok-n-roll janrının mahir ifaçısı, “Qremmi” mükafatlı musiqiçi 2013-cü ildə incəsənətdəki fəaliyyətinə görə, ABŞ-ın milli mükafatı ilə təltif olunub.