Serbiya prezidenti vəzifəsindən sentyabrın 27-də istefa vermiş Aleksandar Vuçiç üzərində təhqir yazıları olan köynəklə seçkiqabağı videoçarx yayımlayıb.
Oxu.Az xəbər verir ki, video onun "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.
Videomüraciətin əvvəlində Vuçiç köynəyinə "xain", "təcavüzkar", "dəli" və digər sözlərin yazıldığı etiketlər yapışdırıb.
"İllərdir təhqirlər, yalanlar və təhdidlər eşidirəm. Bəzi sözlər ağrı verir, bəziləri iz buraxır. Lakin onlar bizi dayandırmadı, daha çox işləməyi öyrətdi", - o, videoda deyib.
Çıxışını başa çatdırdıqdan sonra Vuçiç etiketləri paltarından çıxarıb.
Qeyd edək ki, Serbiyada növbədənkənar parlament seçkisi oktyabrın 25-də keçiriləcək. Vuçiç hakim Serb Tərəqqi Partiyasının (STP) siyahısına rəhbərlik edəcək və qalib gələcəyi təqdirdə ölkənin baş naziri ola bilər.
