Ağır çəkidə boks üzrə mütləq dünya çempionu adı uğrunda britaniyalı Tayson Fyuri ilə ukraynalı Aleksandr Usik arasında döyüş 2024-cü ilin əvvəlinə təxirə salınıb.
Bu barədə ukraynalı boksçunun promouteri Aleksandr Krasyuk bildirib.
“Döyüşün dekabrın 23-də olacağını gözləyirdik. Bu, hər iki tərəfin imzaladığı müqaviləmiz idi. Amma biz uzun müddətdir boksla məşğuluq və bilirik ki, döyüşçü hazır deyilsə və rinqə çıxmaq istəmirsə, onu məcbur etmək olmaz”, - Krasyuk bildirib.
O, həmçinin əlavə edib ki, döyüşün təxirə salınması ilə bağlı rəsmi məlumat gələn həftə ortaya çıxa bilər.
Bundan əvvəl britaniyalı boksçunun promouteri Frenk Uorren döyüşün təxirə salındığını bildirərək Fyurinin fransalı Frensis Nqannu ilə oktyabrın sonunda baş tutan döyüşdən sonra sağalması və hazırlaşması üçün vaxt lazım olduğunu izah edib.
Mənbə: TASS
Rəylər