Məşhur futbolçu Aleksis Sançes gecə saatlarında diqqətçəkən paylaşım edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NTVSpor.net məlumat verib.
Məlumata görə, Aleksis Sançesin gecəyarısı "Instagram" hesabında paylaşdığı İstanbul mənzərəsi transfer şayiələrini daha da qızışdırıb.
Qeyd edək ki, karyerasını "Udineze"də davam etdirən 36 yaşlı futbolçunun adı bir müddətdir ki, Super Liqa komandaları ilə hallanır. Çilidən olan Aleksis Sançesin "Udineze" ilə daha bir illik müqaviləsi var.