Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Alen Simonyan: "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir"
"Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir".
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə çıxış edib.
Müzakirə Ermənistan parlamentinin bugünkü iclasında baş tutub.
Belə ki, Alen Simonyan bir neçə gün əvvəl mətbuata verdiyi müsahibədə bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsini əsas götürərək həyata keçirib.
Bu açıqlamaya etiraz olaraq Ermənistan parlamentinin iclasında müxalif deputat Geqam Manukyan Alen Simonyana irad tutub. O, spikerə - "siz bu tezisi haradan almısınız ki, Azərbaycanın Qarabağa hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi?" - sualını ünvanlayıb.
Alen Simonyan isə cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, tezislər uydurmaq olar: "Lakin fakt faktlığında qalır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir".
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan KTMT-yə ödənişlərdən İMTİNA ETDİ
- Erməni atəşi altındakı kənd: Heç bir təxribat Qaraağac sakinlərini çəkindirmir
- Azərbaycanda "Starlink" dövrü: Qonşu ölkələrdəki qiymətlərlə MÜQAYİSƏ
- Ermənistan sülh istəyir, yoxsa müharibə? - Qərar vermək vaxtıdır
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"