Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Alen Simonyanın qardaşının həyat yoldaşı həbs olundu - YENİLƏNİB
Ermənistan parlamenti sədrinin qardaşı Alen Simonyanın həyat yoldaşı Ani Gevorkyan iki ay müddətinə həbs edilib.
Erməni mediasının məlumatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunur.
İstintaqın iş üzrə ümumilikdə yeddi nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət verildiyi vurğulanıb.
11:20
Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyan saxlanılıb.
Ermənistan mətbuatı bu barədə Ani Gevorqyanın vəkilinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Ani Gevorqyan Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılıb.
O, əvvəlki iş yeri olan İqtisadiyyat Nazirliyində sui-istifadə hallarına görə saxlanılıb.
Məlumatda, həmçinin qeyd olunub ki, Ermənistan İstintaq Komitəsi İqtisadiyyat Nazirliyində və nazirlikdə işləyən bir sıra şəxslərin mənzillərində axtarışlar aparıb.
Mənbə: Aravot.am
Rəylər