İsa peyğəmbərin zövcəsindən qalan Yevangeliya adını alan bu kiçik apokrifik mətn əsl tarixi sənəd imiş. Doğruluğu barədə isə mübahisə aparmaq tezdi.
İsa peyğəmbərin zövcəsindən qalan Yevangeliya ilk dəfə olaraq 2012-ci ildə üzə çıxarılıb. Bu 4X8 sm ölçüdə olan b.e. IV əsrə aid papirusdur.
Həddən artıq çox zədələnmiş parçanın bir tərəfində yalnız üç hərf seçmək olur, digər tərəfdən isə kopt dilində yazılmış mətnin səkkiz fraqmentlərini seçmək olur: “... o mənim davamçım ola bilər...”, “mən onunla yaşayıram ki...” və “... İsa onlara dedi: “Mənim zövcəm...”. Papirusda həmçinin “... Mariya buna layiqdir...” sözləri söhbətin İsanın anası Məryəmdən və ya Mariya Maqdalenadan getdiyini fərz etməyə imkan verir.
Vatikanda kopt tədqiqatlarının X Beynəlxalq konqresində İsadan qalan Yevangeliyanın təqdimatını keçirən tədqiqatçılar fərz edirlər ki, söhbət İsa Məsihin zövcəsindən gedir. Bu bəyanat həm elmi, həm də dini mühitdə rezonans doğurdu. Bundan başqa Vatikanda isə bunun yalan olduğu bəyan edildi.
Amma bu papirusun əsilliyi üç Amerika elmi mərkəzlərinin: Massaçuetsa (MİT), Kolumbiya Universiteti və Harvard tədqiqatçıları tərəfindən təsdiqlənib. Bu incə əməyin nəticələri ilə The Harvard Theological Review elmi jurnalının yeni nəşrində tanış ola bilərsiz.
Mürəkkəbin ən müasir analizi aparılıb, eləcə də yazı xəttinin və kopt şivəsinin nüansları incələnib. Çıxarış – papirus əsl qədim sənəddir.
Mürəkkəb analizi, əsasən sənədin bizim eranın IV və VIII əsrlərinə aid olduğunu göstərdi. Mətnin isə İoann Yevangeliyasına bənzərliyi var.
Məlumdur ki, İsanın evli olması faktı çoxdan müzakirə obyektinə çevrilib. Məşhur yazıçı Den Braun isə öz əsərlərində bu mövzuya aid tam bir nəzəriyyə yürüdüb. Artıq İsanın uşaqlarının olduğu da istisna deyil. İsanın zövcəsi olaraq hamı Mariya Maqdalenanı hesab edir. Bəzi tədqiqatçıların fikrinə görə Da-Vinçinin “Sirli gecə” əsərində də məhz İsanın şagirdi olan Mariya təsvir edilib.
Beləliklə də, xristianlıq dövrünün başlanğıcında bu faktın gizlədilməsi katolizmdə nikahsızlıq vədinin və xristianlıqda seks, nikah və qadınlarla əlaqəli bir sıra qadağaların yaranmasını iddia edilən nəzəriyyə öz təsdiqini tapa bilər.
Bu faktın müasir dində çevriliş edib-etməyəcəyi isə hələlik məlum deyil.