Britaniyalı alimlər iddia edirlər ki, autizm yalnız insanlarda deyil, itlərdə də özünü göstərə bilər.
Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bəzi ev heyvanlarında insanlarda müşahidə olunan autizm və diqqət çatışmazlığı hiperaktivlik pozuntusu (ADHD) ilə əlaqəli simptomlar qeydə alınır.
Hazırda itlərdə autizm və ya ADHD üçün rəsmi şəkildə tanınan diaqnoz mövcud deyil. Buna görə də bu cür davranışlar "itlərin disfunksional davranış pozuntusu" adı altında qruplaşdırılır.
Araşdırmanın müəlliflərindən biri bildirib: "Bəzi itlər neyrotipik insanlara çox bənzəyirlər. Bəziləri isə daha çox neyrodivergent xüsusiyyətlər göstərir və autizm və ya ADHD olan insanları xatırladır".
Əvvəllər alimlər bu cür pozuntunun yalnız insanlara xas olduğunu düşünürdülər. Müasir tədqiqatlar isə təkcə itlərdə deyil, həmçinin siçovul və siçanlar da daxil olmaqla bir çox canlılarda neyroinkişaf pozuntuları ilə əlaqəli davranış və genetik xüsusiyyətlər olduğunu göstərir.