Dünən Türkiyənin İstanbul şəhərindən Şanlıurfaya gedən avtobusda sərnişinlərin yuxulamasından istifadə edərək qəflətən “Allahu Əkbər” deyərək, avtobusdakılara hücum edən və 3 nəfəri boyun hissəsindən yaralayan 24 yaşındakı Aziz Basmacı saxlanılıb.
Oxu.Az Bizimyol.info-ya istinadən xəbər verir ki, saxlanılan şəxsin ruhi xəstə olduğu məlum olub.
Qeyd edək ki, sərnişinlərdən 33 yaşlı Abdulhay Beydar, 32 yaşlı Süleyman Süleymani ve 40 yaşlı Murat Kaya boyun hissələrindən ağır yaralanıblar.
Yaralananlardan biri Suriyalıdır.