Almaniya millisinin futbolçusu Niklas Fülkruq azarkeşin əlinin sınmasına səbəb olub.
Məlumata görə, hadisə komandanın Şotlandiya ilə açılış matçından əvvəl yaşanıb.
Milli komandanın penalti məşqi zamanı Fülkqruqun zərbələrindən biri qapıya yaxın oturacaqda əyləşən azarkeşə tuş gəlib.
Zərbəni dəf etməyə çalışan fanat əlini sındırıb və nəticədə açılış oyununu xəstəxanadan izləməli olub. Azarkeşin əməliyyat olunduğu bildirilib.
Qeyd edək ki, Almaniyanın 5-1 hesabı ilə qalib gəldiyi oyunda vurulan qollardan birinin müəllifi Fülkruq olub.
Mənbə: Skysports.com