Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Almaniya prezidenti Bundestaqı buraxdı
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqda Kansler Olaf Şoltsa qarşı etimadsızlıq səsverməsindən sonra parlamenti buraxmaq qərarına gəlib və növbədənkənar seçkini 23 fevral 2025-ci il tarixinə təyin edib.
Oxu.Az-ın "Bild" nəşrinə istinadən xəbərinə görə, bu barədə o, Berlində keçirilən mətbuat konfransında çıxışında deyib.
"Bu gün mən 20-ci çağırış Bundestaqı buraxmaq və gələn il fevralın 23-nə yeni seçki təyin etmək qərarına gəldim", - deyə Ştaynmayer bildirib.
O qeyd edib ki, qərar qəbul etməzdən əvvəl Bundestaqda təmsil olunan bütün partiyaların fraksiya liderləri ilə məsləhətləşib və belə nəticəyə gəlib ki, nə indiki, nə də yeni hökumət heç bir tərkibdə indiki parlamentdə səs çoxluğu əldə etməyəcək.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya seçki ərəfəsində 2.5 milyard avro dəyərində silah sifariş edib
- Taker Karlson: "Qərbi Avropa özünü məhv etməyə qərarlıdır"
- Agentliyin direktoru: "Müəllimlərin təlimlərə cəlb edilməsi əsas prioritetdir"
- Almaniyada miqrant parkda uşağı öldürdü
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
Rəylər