Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Almaniya qanadlı raketlərini Ukraynaya necə ötürəcək?
Berlin raketlərinin Ukraynaya təhvil verilməsi üçün Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun dairəvi mübadilə təklifini nəzərdən keçirməyə hazırdır.
Bu barədə “Der Spiegel” mənbələrə istinadla xəbər verib.
Belə ki, Almaniya Londona “Taurus” qanadlı raketləri verə bilər və bunun müqabilində Britaniya tərəfi “Storm Shadow”nu Ukraynaya ötürəcək. Məqalədə bildirilir ki, beləliklə, Almaniya Ukrayna qoşunlarını qanadlı raketlərlə təmin etmək məsuliyyətindən rəsmən azad olacaq.
Mənbədən o da vurğulanır ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok belə sxem vasitəsilə Kiyevi qanadlı raketlərlə təmin etmək barədə Kemeronun təkliflərinə açıqdır.
Qeyd edək ki, ötən həftə Kemeron bildirmişdi ki, London Berlinə Almaniyanın “Taurus” qanadlı raketlərinin Ukraynaya tədarükü ilə bağlı məsələlərin həllində yardım göstərməyə hazırdır. Nazirin sözlərinə görə, bu cür qanadlı raketlərin Kiyevə tədarükü münaqişənin genişlənməsinə səbəb olmayacaq, çünki ötürücü tərəf onların istifadəsinə məhdudiyyətlər qoya bilər.
Rəylər