Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib
Almaniya gömrükçüləri göyərtəsində təxminən 100 min ton neft daşınan "Eventin" tankerini müsadirə ediblər.
Oxu.Az bu barədə "Der Spiegel" jurnalına istinadən xəbər verir.
Almaniya Baş Gömrük İdarəsinin qərarı ilə tanker martın 14-də Almaniya dövlətinin mülkiyyətinə keçib. Tankerin göyərtəsində daşınan neftin dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.
Məlumat üçün əlavə edək ki, fevralın sonunda "Eventin" tankeri Rusiyanın kölgə donanmasının bir hissəsi kimi Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib. Mənbə yazır ki, Almaniya hökuməti "Eventin" tankerini müsadirə etməklə Moskvaya siqnal göndərir ki, rəsmi Berlin Baltik dənizində Rusiya neftinin tranzitinə göz yummayacaq.
"Almaniya" teqi üzrə xəbərlər
- Boden gölünün dəhşətli sirləri: Dayazlaşma 100-dən çox insanla bağlı qorxunc tapıntılara səbəb oldu
- "Haber Global": Avropa Rusiyanın qazına geri qayıdır
- 79 sakinli kənd 45 qaçqının qəbuluna qarşı: Almaniyanın kiçik kəndində böyük münaqişə
- Almaniya ordusuna 2029-cu ilə kimi tam döyüş hazırlığında olmaq tapşırıldı
- "Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahisi