Almaniya hökuməti rusiyalıların və belarusların qəbulu üçün humanitar vizaların verlməsi üzrə sürətləndirilmiş proseduru dayandırıb.
Oxu.Az bu barədə "Deutsche Welle" nəşrinə və "SaveHumVisa22" birliyinə istinadən xəbər verir.
Bildirilir ki, bu andan etibarən Almaniya tərəfindən sığınacaq yalnız fərdi istisna hallarda veriləcək:
"Ya Berlin üçün müxalifət fəaliyyəti xüsusi əhəmiyyət kəsb edən şəxslərə, ya da yüksək siyasi rezonansa malik vəziyyətlərdə vizalar veriləcək. Humanitar qəbul ildə bir neçə unikal halla məhdudlaşacaq".
Məlumata əsasən, proqram dayandırılmazdan əvvəl təqdim edilmiş müraciətlər ləğv edilir və müraciət edənlər yeni qaydalara uyğun olaraq proseduru yenidən keçməli olacaqlar.
Xatırladaq ki, Almaniyada humanitar vizaların verilməsi üzrə sürətləndirilmiş prosedur 2022-ci ilin mayında tətbiq edilib.