Almaniyada Vestfaliya sakini (Şimali Reyn) Eurojackpot lotoreyasında 76 milyon avrodan çox pul udub.
Oxu.Az Spiegel nəşrinə istinadən xəbər verir ki, bu məbləğ Eurojackpot tarixində ikinci ən böyük uduşdur.
2015-ci ilin may ayında Çexiya sakini lotoreyadan 90 milyon avro qazanmışdır. Bundan əvvəl isə 2014-cü ilin dekabrında Almaniyanın Hessen şəhər sakini 59 milyon avro udub.
Qeyd edək ki, Eurojackpot lotoreyasında 17 Avropa ölkəsinin sakinləri iştirak edə bilər.
Cek-potu qazanmaq üçün iştirakçı 50 rəqəmdən beşini və əlavə olaraq 10 rəqəmdən ikisini tapmalıdır.