Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Almaniya Ukraynaya silah tədarükündə son həddə çatıb
Almaniya Ukraynaya öz Bundesver (Almaniya Silahlı Qüvvələri) anbarlarından silah vermək imkanında son həddə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Berlində keçirdiyi brifinqdə bildirib.
"Bilirsiniz ki, Bundesverin ehtiyatlarından Ukraynaya xeyli silah tədarük olub. Bu tədarükdə artıq son həddə çatmışıq, çünki söhbət yeni mövcud şəraitdə Avropanın özünün müdafiə qabiliyyətinin gücləndirilməsindən və onların faydalı mövqelərini təmin etmək üçün digər ölkələrlə əməkdaşlıqdan gedir", - müdafiə departamentinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ölkənin öz müdafiə qabiliyyətini gücləndirmək prosesi Ukraynaya dəstək verməklə paralel gedir.
Xatırladaq ki, Almaniya ABŞ-dən sonra Ukraynaya ikinci ən böyük silah tədarükçüsüdür. Ukraynada münaqişə başlayandan bəri ölkə Kiyevə ümumilikdə təxminən 44 milyard avro dəyərində müxtəlif növ yardımlar göstərib. 2025-ci il büdcə razılaşmasına əsasən, Almaniya Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayırmalıdır.
"Ukraynaya silah yardımı" teqi üzrə xəbərlər
- Polşa XİN: "ABŞ Ukraynaya yardımı dayandırmaq qərarını müttəfiqlərlə məsləhətləşmədən qəbul edib"
- Avropa İttifaqı Kiyevə yeni hərbi yardım paketinin hazırlanmasını dayandırdı
- Ukrayna Ali Radası: "Silah ehtiyatı ölkəyə yarım il bəs edəcək"
- Avropa rəsmiləri Zelenski ilə Trampın görüşünü qiymətləndirdilər: "Fəlakət"
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək