Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Almaniyada AfD partiyası "sağ ekstremist" kimi tanındı
Almaniyanın Federal Konstitusiyanı Mühafizə İdarəsi (ölkənin əks-kəşfiyyatı) Almaniya üçün Alternativ Partiyasının (AfD) bütövlükdə "sağ ekstremist" kimi təsnif edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə qurumun bəyanatında deyilir.
Sənəddə, eyni zamanda, partiyanın ekstremist istiqamətlə və insan ləyaqətinə hörmətsizliklə xarakterizə olunduğu vurğulanır.
İdarənin məlumatına görə, partiyada üstünlük təşkil edən etnik mənşəyə əsaslanan xalq anlayışı əsas azad demokratik nizamla bir araya sığmır. Məsələn, AfD müsəlmanların üstünlük təşkil etdiyi ölkələrdən miqrasiya tarixinə malik Almaniya sakinlərini alman xalqının bərabərhüquqlu üzvləri hesab etmir.
Bəyanatda qeyd olunur ki, partiya siyasətçiləri də daim qaçqınlara və miqrantlara qarşı təbliğat aparıblar.
Partiyanın "qərarlaşmış ekstremist təşkilat" kimi təsnifatı AfD-ni izləmək üçün kəşfiyyat vasitələri adlanan alətlərdən istifadə maneələrini azaldır. Bu, görüşləri müşahidə etməyə, telefonları dinləməyə və informatorları cəlb etməyə imkan verir. Eyni zamanda, Almaniya üçün Alternativ Partiyasının mümkün qadağası barədə siyasi müzakirələrin sürətlənəcəyi ehtimal olunur.