Almaniyanın Düsseldorf şəhərində qızılı rəngli BMW X5 M markalı avtomobili çox parlaq olduğu üçün cərimə meydançasına göndərib.
Polisin sözlərinə görə, krossoverin parlaq rəngi həddindən artıq əksolunma effekti yaradır. Buna görə də, avtomobilin üzərinə düşən günəş şüaları əks olunaraq digər sürücülərin görməsinə mane ola bilər.
“Deutsche Welle” bildirir ki, X5 M-in 30 yaşlı kosovolu sahibi yerli qaydalardan xəbərsiz olduğunu bildirib. Buna baxmayaraq, cərimələnməkdən boyun qaçıra bilməyib.