Almaniyada turizm agentlikləri məhdudlaşdırıcı tədbirlərlə əlaqədar etirazlara davam edir. Bu dəfə 50-yə yaxın işçi “Boş çamadanlar - boş bilet kassaları” şüarı ilə Nürnberq hava limanı yaxınlığında etiraz aksiyası keçirib.
RT-nin məlumatına görə, onlar hökumətdən turizm agentliklərinin xilas edilməsini istəyiblər.
Qeyd edək ki, Almaniya hökuməti tərəfindən təqdim olunan COVID-19-la mübarizə tədbirləri fonunda turizm sənayesi böyük itkilər verir.
Son məlumatlara görə, Almaniyada 161 552 nəfər koronavirusa yoluxub. Onlardan 6 467 nəfəri ölüb, 123 500 nəfəri sağalıb.