Almaniyanın Auqsburq şəhərində dəmiryol vağzalında naməlum obyektin partlaması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Bild" nəşri yayıb.
Hadisə ilə əlaqədar olaraq stansiyanın binası və yollardan biri bağlanıb, qatarların hərəkətinə ciddi məhdudiyyətlər qoyulub, ətrafdakı küçələr isə polis tərəfindən mühasirəyə alınıb.
İnsidentin dəqiq səbəbi və xəsarət alanların ümumi sayı barədə hələlik rəsmi məlumat verilməyib.
Qaynar xətt:
(055) 224 12 12