Almaniyada dizel yanacağının qiyməti yeni tarixi rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, səhər saatlarında Almaniyanın yanacaqdoldurma məntəqələrində dizelin bir litrinin orta qiyməti 2.453 avro təşkil edib. Bununla da aprelin 7-də qeydə alınmış əvvəlki rekord yenilənib. Həmin vaxt dizelin qiyməti 2.446 avro idi.
Qeyd edək ki, son günlər Bab-əl-Məndəb boğazı ətrafında yaranmış gərgin vəziyyət fonunda həm Almaniyada, həm də bütövlükdə Avropada avtomobil yanacağının qiymətində artım müşahidə olunur.