Almaniyanın Hannover bölgəsində, Aşağı Saksoniya federal torpağında yerləşən Vunstorf hərbi aerodromunun yaxınlığında naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
Oxu.Az "Bild" qəzetinə istinadən xəbər verir ki, hadisə yerinə polis qüvvələri cəlb olunub.
Qeyd olunub ki, PUA yaşayış evlərinin olmadığı ərazidə düşüb.
Hazırda polis əməkdaşları pilotsuz uçuş aparatının qalıqlarını axtarırlar. PUA-nın kimə məxsus olduğu və kim tərəfindən idarə edildiyi hələlik məlum deyil.
Qaynar xətt:
(055) 224 12 12