Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Almaniyada ikinci əl avtomobil mağazasında MiQ-21 aşkar edilib
Almaniyanın şərqində yerləşən ikinci əl avtomobil satıcılarından birində SSRİ dövründən qalmış MiQ-21 qırıcısı aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Bildirilib ki, döyüş təyyarəsi Ştendal şəhərində (Saksoniya-Anhalt federal əyaləti) avtomobil satış salonunun qarşısındakı dayanacaqda yerləşir. Təyyarənin üzərində qeyd olunub ki, yaxınlıqda yerləşən avtomobillərdən fərqli olaraq, o, satılmır. Mağaza hazırda bağlıdır və sahibi məzuniyyətdədir.
Qəzet qeyd edir ki, qırıcının üzərində Bundeswehr-in nişanları var. Təyyarə çox güman ki, 1972-ci ildə ADR-də istifadəyə verilib və Kotbusda (Brandenburq) yerləşən Vladimir Komarov adına 3-cü döyüş eskadronunun bir hissəsi olub. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra qırıcı Lüftwaffe (Almaniya Hərbi Hava Qüvvələri) tərəfindən qəbul edilib, lakin texniki cəhətdən köhnəldiyi üçün tezliklə istismardan çıxarılıb.
3-cü eskadronun döyüş təyyarələri Berlindəki Lüftwaffe Muzeyinin mülkiyyətinə keçib, onlardan bəziləri sonradan digər muzeylərə köçürülüb, üçü isə Dessau aerodromuna (Saksoniya-Anhalt) aparılıb. 1994-cü ildə "Freytag" bir MiQ-21 təyyarəsinin Dessau-dan Ştendala daşınması üçün sifariş alıb. Şirkət digər iki təyyarəni simvolik məbləğə alıb. Onlardan birini ofisin damında, ikincisini isə bu yaxınlarda aşkar edilən ikinci əl avtomobil salonunun həyətində yerləşdirib.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada narkotik böhranı: Qeyri-qanuni maddələrə qarşı siyasət nəzarətdən çıxıb
- Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi
- Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür