Sosial şəbəkələrdə Almaniyanın Münhen şəhərinin “Olimpiya” ticarət mərkəzində baş verən atışmanın görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, yerli KİV-in məlumatına əsasən, hücum zamanı 15 nəfər ölüb. Lakin Almaniya rəsmiləri hələlik bu barədə rəsmi açıqlama verməyiblər.
Hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri cəlb olunub. Ticarət mərkəzi mühasirəyə alınıb.
Güc strukturları irimiqyaslı əməliyyat keçirməyə hazırlaşırlar.
www.oxu.azVideo of shooter shooting at people. #munich #münchen pic.twitter.com/Pl6jhrVXMH
— uprising (@johndeconner) 22 июля 2016 г.