Almaniyanın şimalında yerləşən Qestaxt şəhərinin orta məktəbində böyük yanğın baş verib.
Oxu.Az bu barədə "Lübecker Nachrichten" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, kimya və fizika kabinetlərinin yerləşdiyi korpus yanıb. Hadisə yerinə 140-a yaxın yanğınsöndürən cəlb olunub.
Yanğının səbəbi tam bilinmir. Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğın nəticəsində dəymiş zərər bir milyon avro həcmində qiymətləndirilir.
Məktəbdə minə yaxın şagirdin təhsil aldığı qeyd edilir.