Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Almaniyada qadın partiya liderinə qarşı təxribat: Hücum edən Ukraynanın adını çəkib
Almaniyada Ağıl və Ədalət Naminə Partiyasının lideri Sara Vaqenknextin üzərinə Erfurtda keçirilən seçki mitinqində qırmızı boya atılıb.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, siyasətçi bu səbəbdən çıxışını yarımçıq dayandırmalı olub, lakin sonra səhnəyə qayıdıb.
Hadisə şahidlərinin sözlərinə görə, onun üzərinə boya tökən şəxs "Ukrayna" deyə qışqırıb. Həmçinin onun rus və ya Ukrayna dillərində nəsə dediyi bildirilir.
Həmin şəxsi yerə yıxaraq, daha sonra əliqandallı şəkildə ərazidən uzaqlaşdırıblar.
Hadisə ilə bağlı kadrlarda boyanın Sara Vaqenknextin paltarına sıçradığı əks olunub. Lakin özünə hər hansı ziyan dəyməyib.