2026-cı ilin ilk yarısında Almaniyada 12 700 şirkət müflis olub.
Oxu.Az bildirir ki, bu barədə "Der Spiegel" jurnalı "Creditreform" kredit tarixçələri bürosuna istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə müflisləşmə hallarının sayı 7.8% artıb. Bu, 2013-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
"Creditreform"un qiymətləndirməsinə əsasən, korporativ müflisləşmələr nəticəsində ilin birinci yarısında dəyən zərər 28.5 milyard avro təşkil edib. Bundan əlavə, 165 min iş yerinin təhlükə altına düşdüyü bildirilir.
Qaynar xətt:
(055) 224 12 12