Almaniyanın qərb hissəsində yerləşən Şimali Reyn-Vestfaliya federal əyalətində "Cessna" markalı yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə DPA informasiya agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hadisə bu gün yerli vaxtla təxminən saat 11:20-də (Bakı vaxtı ilə 13:20-də - red.) Erkelents şəhərinin yaxınlığında qeydə alınıb. Hava gəmisi əkin sahəsinə çırpılıb, onun göyərtəsində olan hər üç şəxs həlak olub.
Qəzanın başvermə səbəbləri və həlak olan şəxslərin kimliyi hələlik müəyyən edilməyib.
