Almaniyada alıcılar arasında ən populyar məhsul hazırda tualet kağızıdır.
Bununla bağlı RT video yayımlayıb.
Kadrlar hazırda karantin rejimində olan Dornburqda qeydə alınıb. Şəhərdə salfetlər iri bağlamalar şəklində satılır. Sürücülər mağazaya yaxınlaşır, maşını tərk etmədən məhsulun pulunu verir və dərhal uzaqlaşır.
Mağaza müdiri Andres Hofmanın sözlərinə görə, bir müddət əvvəl hər ikinci alıcı salfet soruşurdu. Ancaq satışda olmadığı üçün mağaza sahibi külli miqdarda tualet kağızı sifariş verib və internetdə reklamını yerləşdirib.