On iki yaşlı oğlan Almaniyanın qərbində Lyudviqshafen-na-Rayne şəhərində iki dəfə əldəqayırma bomba quraşdırıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Almaniya KİV-i məlumat yayıb.
Mənbəyə istinadən “Der Spiegel” dekabrın əvvəlində uşağın içində partlayıcı qurğu olan çantanı şəhər meriyasının qarşısında qoyduğu barədə məlumat yayıb. Şübhəli obyekti yoldan keçənlərdən biri görüb və polisə xəbər verib.
Əldəqayırma partlayıcı qurğunun içində qırıq şüşə və naməlum maye olub – müstəntiqlərin fikrincə, bu fişənglərdə istifadə edilən mayedir.
“Focus” jurnalı yazır ki, analoji partlayıcı qurğu noyabrın axırında milad yarmarkasında da aşkar edilib.
Həmin bombanın da, eyni oğlan tərəfindən qoyulduğu ehtimal edilir. Nəşrin məlumatına görə, həmin yeniyetmə Lyudviqshafendə doğulmuş İraq əsilli almandır və o, radikalların təsiri altına düşüb.
N.O.
www.oxu.az