Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Almaniyada yanğın yüzlərlə avtomobili məhv etdi
Almaniyada, Aşağı Saksoniyada yerləşən Oldenburq şəhərinin sənaye zonasında böyük yanğın baş verib. Alov istifadədən çıxarılmış avtomobil zibilxanasını və metal qalaqlarını əhatə edərək yüzlərlə maşını məhv edib. Yanğın yerindən qalxan qatı qara tüstü sütunu, hətta Oldenburqdan 30 kilometr məsafədə yerləşən Bremen şəhərindən belə görünür.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bild na russkom" Telegram kanalı xəbər verir.
Şahidlər yanğın yerində eşidilən çox sayda partlayış barədə məlumat verirlər. Bunun səbəbi avtomobillərin yanacaq baklarının alışmasıdır.
Təcili yardım xidmətləri qatı tüstülənmə və sağlamlıq təhlükəsi səbəbindən yerli sakinlərə pəncərələri bağlı saxlamağı tövsiyə etdi. Yaxınlıqdakı avtomobil yolu sürücülərin təhlükəsizliyi üçün bağlanıb.
Hadisə yerində təxminən 200 yanğınsöndürən çalışır və yanğını lokallaşdırmaq və söndürmək üçün bütün səylərini göstərirlər. İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi hələ məlum deyil və mütəxəssislər tərəfindən araşdırılır.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya və İtaliya ABŞ Federal Ehtiyat Sisteminin anbarlarından qızılları geri götürməyə çağırır
- Almaniyadan İranın TƏRKSİLAH edilməsi ilə bağlı təklif
- Mahir Emreli Almaniya klubu ilə müqavilə imzaladı
- Hamburq limanında 24 milyon avroluq kokain ələ keçirildi
- Gideon Saar: "İsrail İrana zərbələr endirməyə davam edəcək"