Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Almaniyada Yeni il gecəsi fişəng partlayışları faciə ilə bitib: Ölənlər və yaralananlar var
Almaniyada Yeni il gecəsi bayram fişənglərinin partlaması nəticəsində ən azı beş nəfər həlak olub.
Oxu.Az bu barədə "Sueddeutsche Zeitung" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, həlak olanların hamısı 20-50 yaş arası kişilərdir. Onlardan biri Şimali Reyn-Vestfaliya federal ərazisində, ikisi Saksoniyada, digər ikisi isə Hamburq və Brandenburqda həlak olub. Qeyd olunub ki, ən azı iki ölüm hadisəsi əldədüzəltmə fişənglərdən qaynaqlanıb.
Ümumilikdə ölkədə Yeni il gecəsi nisbətən sakit keçib: ötən ildən fərqli olaraq böyük iğtişaşlar və polislə toqquşmalar olmayıb.
Buna baxmayaraq, Berlində ötən gecə əsasən pirotexnikadan istifadə qaydalarının pozulmasına görə 330 nəfər həbs edilib. Ötən ildə olduğu kimi, Almaniyanın paytaxtında və digər şəhərlərində fişənglərdən polis, yanğınsöndürənlər və digər təcili yardım xidmətlərinin əməkdaşlarına hücum etmək üçün istifadə olunub. Berlində Yeni il gecəsi 13 polis əməkdaşı yaralanıb, onlardan biri ciddi xəsarət alıb.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Türkiyə üçün mühüm viza qərarı
- Azərbaycanlı professor: "20 il ərzində 100 həmyerlim Almaniyada işləmək üçün müraciət edib"
- Almaniyanın keçmiş prezidenti vəfat edib
- Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edildi
- Bundestaq miqrasiya qaydalarını sərtləşdirən qanunu qəbul etmədi
Rəylər