Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Naxçıvanda ilin ilk körpələri əkiz olublar
Naxçıvan Muxtar Respublikasında ilin ilk körpələri əkiz olub.
Oxu.Az xəbər verir ki, əkizlər Naxçıvan Perinatal Mərkəzdə doğulublar.
Belə ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 1:10-da Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Aytac Tahir qızı Seyidova əkiz oğlan uşaqları dünyaya gətirib.
38 həftədə doğuşa alınan ananın övladlarından biri 2 kq 600 qr, digəri 2 kq 300 qr çəkidə olub.
Ana və əkizlərin vəziyyəti hazırda stabildir. Ailənin ilk övladları olan əkizlərə Elvin və Emin adları verilib.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Naxçıvan Ali Məclisinin növbəti iclasında da sədr seçilmədi
- Naxçıvanlı gənclər danışa bilən robot prototipi hazırlayıblar
- Naxçıvanda 43 yaşlı kişi dispanserdə intihar edib
- Paşinyan: "İrəvan Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmağı təklif edib"
- Naxçıvanda 102 yaşlı seçici səs verib
Ən çox oxunanlar
Rəylər