Almaniyanın Bavariya vilayətində yük maşını ABŞ-ın hərbi avtokolonuna çırpılıb. Qəza nəticəsində üç avtomobil alışıb.
KİV-də yayılan məlumata görə, səkkiz nəfər yaralanıb. Onların arasında amerikalı hərbçilər də var.
Ölənlər barədə məlumat verilmir.
İlkin məlumatlara görə, bu, konvoya hücum yox, adi yol-nəqliyyat hadisəsidir.
Mənbə: RT