Almaniya Avropa İttifaqının (Aİ) digər ölkələrindən xəstələri qəbul etməyə və onların müalicə xərclərini ödəməyə hazırdır.
Bu barədə TASS Almaniyanın Səhiyyə naziri Yens Şpahnın açıqlamasına istinadən məlumat yayıb.
“Ehtiyac olacağı halda yeni əcnəbi xəstələri qəbul etməyə hazırlıq və imkan var. Müalicə xərclərini Almaniya öz üzərinə götürür, bu bizim Avropa həmrəyliyi anlayışımızdır”, - deyə Y.Şpahn bildirib.