Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Almaniyalı politoloq: “Berlin Cənubi Qafqaz vasitəsilə tranzit dəhlizlərinin yaradılmasında maraqlıdır”
“Avropanın lideri kimi Almaniyanın Azərbaycanla Ermənistanın yaxınlaşmasına kömək edən səylərini alqışlamaq lazımdır, bu ölkə hazırda prosesdə fəal iştirak edir”.
Bunu “Report”a açıqlamasında almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun (Potsdam) professoru Aleksandr Rar deyib.
Onun sözlərinə görə, rəsmi Berlin iki ölkə arasında sülh sazişinin məhz Almaniya platforması sayəsində imzalanmasında maraqlıdır:
“Almaniya Ermənistanın Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması və artıq Rusiyanın hərbi müttəfiqi olmaması faktını alqışlayır. Bununla Almaniya üçün əhəmiyyətli olan məsələyə - Rusiyanı postsovet məkanında təcrid etmək məqsədinə nail olunub. Eyni zamanda, almaniyalı rəsmilər hesab edirlər ki, müasir Avropa “dövrlərin dəyişdiyi” bir vaxtda Azərbaycanın simasında Avropa İttifaqının (Aİ) artıq qəbul etmək istəmədiyi Rusiya təbii qazı əvəzinə Qərb üçün çox mühüm təbii qaz tədarükçüsü əldə edib”.
A.Rar qeyd edib ki, Almaniyanın Cənubi Qafqazda sabitliyə marağının digər səbəbi gələcəkdə Azərbaycan və Ermənistan ərazilərindən keçməklə Asiyaya tranzit dəhlizlərini yaratmaq və bununla da yeni İpək yolu konsepsiyasını həyata keçirmək istəyidir:
“Doğrudur, Almaniya platformasının nə dərəcədə effektiv olacağını söyləmək çətindir. Aİ-də Azərbaycanla Ermənistan arasında münasibətlərə fərqli baxışlar var. Məsələn, Fransanın Ermənistana böyük dəstək verdiyi iddia edilir. Başa düşmək lazımdır ki, Türkiyə NATO üzvü kimi Cənubi Qafqazda sülh diplomatiyasından kənarda qalmayacaq və Aİ-nin öz yanaşmasına uyğun olaraq proseslərə müdaxiləsinə imkan verməyəcək. Bundan başqa, Çin və təbii ki, Rusiya Azərbaycan və Ermənistanla münasibətlərdə Avropa İttifaqından fərqli iqtisadi rıçaqlara malikdir”.
"Aİ" teqi üzrə xəbərlər
- Lavrov Rusiya və Ermənistan münasibətlərini mürəkkəb adlandırdı
- Politoloq: "Aİ-nin Ermənistandakı missiyasının uzadılması Rusiya və Azərbaycan əleyhinə addımdır"
- Yoxsulluq, çöküş - Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir?
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Rusiyadan Ermənistana xəbərdarlıq
Rəylər