Almaniya Federativ Respublikası ədliyyə naziri Hayko Mas ölkənin baş prokuroru Harald Rangeni tutduğu vəzifədən azad edib, Deutsche Welle yazır.
Oxu.Az xəbər verir ki, bu barədə nazir avqustun 4-də bəyan edib.
DPA agentliyinin məlumatına əsasən Rangeyə olan etibar tamamən itib. Mas baş prokurorun ictimaiyyətdə yalnış fikir formalaşdıran son ifadə və davranışlarını yolverilməz adlandırıb.
Rangeni Almaniyanın baş prokuroru vəzifəsində Münhenin baş prokuroru Peter Frank əvəz edəcək.
Daha öncə Berlində dövlətə xəyanətdə ittiham edilən Netzpolitik.org bloqunun iki jurnalistini dəstəkləyən 1300 adamın aksiya keçirdiyi xəbər verilmişdi. Bu qalmaqalın fonunda bəzi siyasətçilər alman baş prokuroru Harald Rangenin istefası təklifi ilə çıxış etmişdi.