Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Almaniya XİN Berbokla bağlı kadrları təkzib etdi
"Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə səfəri zamanı hava limanında qarşılanmaması ilə bağlı xəbərlər yalandır".
Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer brifinqdə deyib.
Fişerin sözlərinə görə, video Çində deyil, Malayziyada çəkilib.
"Anlaşılmazlıq səbəbindən təyyarə səhv yerdə dayanıb. Bu səhvə görə nazirlə görüşən Malayziya rəsmilərinin nümayəndələri bir az uzaqda yerləşdirilib və Barbok qarşılanmaq üçün bir neçə addım getməli olub", - o bildirib.
Berbokun Malayziyaya səfəri 2024-cü ilin yanvarında baş tutub. Almaniyanın xarici işlər naziri Çinə apreldə səfər edib.
Çinə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berboku hava limanında qarşılayan olmayıb.
Bu barədə Oxu.Az Wionews.com-a istinadən xəbər verir.
Məlumata görə, nazir Pekin hava limanına enərkən çaşqın vəziyyətə düşüb. İnsidentin videosu sosial şəbəkələrdə yayılaraq gündəm olub.
Görüntülərdə Annalena Berbokun təyyarədən təkbaşına enərək hərəkət etdiyi və təəccüb keçirdiyi kadrlar əks olunub. Ətrafa baxan nazir onu qarşılamaq üçün heç bir Çin rəsmisinin gəlmədiyini görüb.
Sosial şəbəkə istifadəçiləri hadisə ilə bağlı müxtəlif şərhlər yazıblar. Bəziləri məsələyə zarafatyana yanaşıb, bəziləri isə Berboku tənqid edib.
"Annalena Berbok" teqi üzrə xəbərlər
- Almaniyanın xarici işlər naziri: "Keçmişdə seksual hərəkətlərə məruz qalmışam"
- Avropa İttifaqı Ukrayna üçün 700 milyard avroluq yardım paketi hazırlayır
- Almaniyanın ən böyük düşməni bəlli oldu
- Berbokla Şoltsun görüntüləri sosial şəbəkələrdə memə çevrildi
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı