Almatıda polislərə hücum etməkdə şübhəli bilinən ikinci şəxs saxlanıldı.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
12:55
Almatının mərkəzində atışma nəticəsində dörd nəfər ölüb, onlardan üçü polisdir.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan DİN-ə istinadən “İnterfaks” məlumat yayıb.
Polisin ilkin məlumatına istinadən Qızılorda vilayətinin daha öncə məhkum edilmiş 27 yaşlı sakini atəş açıb, o, bu günlərdə qadını qətlə yetiməkdə şübhəli bilinir.
Cinayəti törətməkdə onunla əlbir olan şəxs də axtarılır.
Hücum edən şəxs səhər saatlarında Almata şəhərinin Lamalinsk rayon DİN idarəsinin binasına daxil olmağa cəhd edib. O, növbədə olan polisi yaralayaraq onun silahını ələ keçirib, daha sonra onu təqib edən iki polisi yaralayıb.
Bundan sonra yaralanaraq saxlanılıb.
Üç polisdən başqa bir yerli sakin də ölüb: atəş açan şəxs ölən sakinin maşınını ələ keçirməyə çalışıb.
Şəhərdə “Sirena” əməliyyat planı tətbiq edilib.
TASS-ın Qazaxıstan DİN-də olan mənbəsinin sözlərinə görə, ondan çox yaralı xəstəxanaya yerləşdirilib, yaralıların əksəriyyəti polisdir. Yeddi polis reanimasiyadadır, bu barədə informburo.kz saytı məlumat yayıb.
11.18
Almatı şəhərinin Almalinsk rayon DİN idarəsinin yaxınlığında atışma nəticəsində iki polis ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Daxili İşlər Nazirliyi ölkədə terror əleyhinə əməliyyatın başladığını elan edib. Sakinlərdən küçəyə çıxmamaq və şübhəli şəxslər haqqında xəbər vermələri xahiş edilib, “Tengrinews” Daxili İşlər Departamentinə istinadən məlumat verir.
Almatada ən yüksək terror təhlükəsi “qırmızı” səviyyə elan edilib. Qeyd edildiyi kimi, buna əsas Almalinsk rayon DİN şöbəsinə və MTK departamentinə hücum olub.
İlkin məlumata görə, xəstəxanaya ən azı beş yaralı gətirilib, “Kazinform” məlumat yayıb.
11:05
Almatının mərkəzində silahlı hücum nəticəsində ən azı bir polis ölüb, bir neçə nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Polisin məlumatına görə, terror əleyhinə əməliyyat aparılır.
11:00
Şahidlərin sözlərinə görə, təcili yardım və polis binaya yaxınlaşıb, yaralıların olduğu istisna edilmir.
Oxu.Az Tengrinews.kz-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Komitəsinin şöbəsinin binası mühasirəyə alınıb.
Daha öncə Almatıda rayon DİN idarəsinin mühasirəyə alındığına dair xəbər yayılmışdı. Nikolsk bazarı yaxınlığında atışmanın eşidildiyi deyilir. Şahidlər həmçinin qonşu ofislərin əməkdaşlarının binadan buraxılmağını da bildiriblər.
Yaxın ofislərin əməkdaşlarının sözlərinə görə 10-a yaxın atəş açılıb. “Əvvəlcə tək-tək - üç ya dörd atəş açıldı, sonra isə elə bil güllə qatarı buraxdılar. Naməlum şəxs Karasay batır küçəsi tərəfindən Baytursınova tərəfə avtomatla qaçdı, onun ardınca polislər qaçdı”, - şahidlər danışıb.