Altay Respublikasının sakini altı aylıq qızına pivə içirib, nəticədə uşaq ölüb, “Deyta” İA bildirib.
Qadın uşağın yeməyinə spirtli içki əlavə edib ki, daha möhkəm yatsın. Uşağın qanına etil spirti keçib.
Ölən uşağın anası özü polisə gəlib, törətdiyi əməli etiraf edib, “Qazeta.Ru” bildirib.
Məhkəmə onun səmimi etirafını və daha bir uşağının olmasını nəzərə alıb. Qadın törətdiyi əmələ görə bir il azadlıqdan məhrum edilmə ilə cəzalandırılıb.