Yaponiyanın Ayti prefekturasınının Komaki şəhərində 20-yə yaxın avtomobil toqquşub, nəticədə 24 nəfər xəsarət alıb.
Zərərçəkənlərdən biri – 54 yaşlı kişinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Mənbə yazır ki, qəzanın baş verdiyi magistral yol yaxşı işıqlandırılıb və altı hərəkət zolağından ibarətdir.
Qəzanın səbəbləri araşdırılır.
Mənbə: NHK telekanalı