Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Alves həbsxanadan çıxdıqdan sonra ilk dəfə danışdı
Braziliya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Dani Alves qıza təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edildikdən sonra öz həyatından danışıb.
Martın sonunda keçmiş futbolçu cəzası qanuni qüvvəyə minənə qədər 1 milyon avro girov müqabilində sərbəst buraxılıb.
“Hər cümə günü qeydiyyatdan keçmək üçün məhkəməyə gedirəm. Bu qədər, mənim artıq işim yoxdur.
Oynamalı olduğum matç məhkəmə zalında keçirilir, amma bunun nə qədər davam edəcəyi barədə heç bir fikrim yoxdur.
Həbsxana həyatı? Harada olsam da, sağ qalacağam. Mən hər şeyə uyğunlaşıram, çünki insanı insan edən yer deyil. İndi özümü yaxşı və rahat hiss edirəm”, - Alves bildirib.
Xatırladaq ki, ötən ilin yanvarında Alves Barselonada gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub.
Mənbə: El Periodico
Mövzuya aid xəbərlər
- Dani Alveşin azadlığa buraxılması üçün bir milyon avro məbləğində pulu kim ödəyəcək? - YENİLƏNİB + VİDEO
- Zorlama hadisəsində ittiham olunan Dani Alves yeni ifadə verdi: “Sərxoş olmuşam...”
- Təcavüzdə günahlandırılan Alveşlə bağlı növbəti məhkəmə qərarı açıqlandı
- Dünyanın ən titullu futbolçusu cinsi zorakılıqda ittiham olunur
Rəylər