ABŞ-nin "Amazon" korporasiyası süni intellektin tətbiqinə hazırlaşmaq məqsədilə öz şirkətlərində işləyən 14 min əməkdaşı ixtisar etmək qərarına gəlib.
Oxu.Az bildirir ki, bu barədə korporasiyanın Mətbuat Xidməti məlumat yayıb.
"Amazon" ixtisara salınan işçilərə korporasiya daxilində yeni vəzifə axtarışı üçün 90 günlük müddət verəcək.
"Amazon" daxilində iş tapa bilməyən və ya axtarmağı üstün tutmayanlar üçün işdən çıxarma müavinəti, həmçinin sonrakı məşğulluğu asanlaşdırmaq üçün xidmətlər təqdim olunacağı vəd edilib.