“Washington Post” qəzetinin keçmiş baş redaktoru Ben Bredli, oktyabr ayının 21-də 94 yaşında vəfat edib.
Bredli 1965-ildən 1991-ci ilə qədər – 26 il müddətində qəzetin rəhbəri olub. Məhz onun rəhbərliyi dövründə Washington Post amerikanın iri və avtoritet nəşrlərindən birinə çevrildi.
Bredli Uotergeyt qalmaqalı haqqında ilk material dərc edənlərdən biri oldu, məhz bu hadisədən sonra ABŞ-ın o zamankı prezidenti Riçard nikson impiçment təhlükəsi altında istehfa vermək məcburiyyətində qaldı, Oxu.Az TASS-a istinadən xəbər verir.
Araşdırmanı Washington Post qəzetinin gənc müxbirləri Bob Vudvord və Karl Bernstin aparıb.
Bredlinin redaktorluq dövrü ərzində nəşrin tirajları iki dəfə artıb, 17 dəfə Pulitser mükafatına layiq görülüb. 2013-cü ildə Bredli Barak Obama tərəfindən ABŞ-ın ən yüksək mülki mükafatı olan – Prezident azadlıq medalının alıb. Son illərdə amerika jurnalistikasının patriarxı Alsgeymer xəstəliyindən əziyyət çəkirdi: o, “ Vaşinqtonda öz evində təbii ölüm” nəticəsində dünyasını dəyişib.