Vaşinqton ştatında Siettldən şimalda yerləşən Merisvill şəhərində məktəbdə yeniyetmə dostlarına atəş açıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, atəş açan yeniyetmə bir şagirdi öldürdükdən sonra özünü də öldürüb.
Şahidlər bildiriblər ki, yeniyetmə Ceylen Frayberq əslən şimali amerikalıdır, o məktəb yeməkxanasına daxil olaraq soyuqqanlılıqla dostlarına atəş açıb, sonra isə özünü öldürüb.
Polisin informasiyasına görə o tək olub.
Onun davranışı nəticəsində məktəb şagirdlərindən biri həlak olub, daha iki oğlan və dörd qız yaralıdırlar, onlardan üçü yerli xəstəxanadan verilən məlumata görə kritik vəziyyətdədirlər.
Polis məktəb binasına baxışı davam etdirir.
Şagirdlərdən birinin anası Reyter agentliyinə Frayberqin məktəb futbol komandasının üzvü olduğunu deyib.
Məktəbli qızlardan biri Assoşeyted agentliyinə atışma çıxaran oğlanın “yaxşı və sakit oğlan” kimi təsvir edib.
Eyni zamanda son aylarda Frayberq “Tvitter”də daxili həyəcanını əks etdirən bir sıra status yazıb. Son tvit isə “Bu, uzun çəkməyəcək... Bu, ümumiyyətlə, uzanmayacaq” olub.
Reyterin qeyd etdiyi kimi Frayberqin “Facebook”da paylaşdığı şəkillər onun fəal şəkildə idmanla məşğul olduğunu, futbol və basketbol oynadığını, əslən şimali amerikalıların təşkilatı - Tulalip Tribes-in fəaliyyətində iştirak etdiyini göstərir.