Bir həftədir xəstəxanada müalicə alan Bülənt Ərsoyun prodüseri Fevzi Siverek müğənninin səhhəti haqqında danışıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, F.Siverek “Böyrəyində daş var. İllər öncə onun bir böyrəyi çıxarılıb. Ona görə həkimlər daşı daha ehtiyatla çıxarmağa çalışırlar” deyib.
O, “Udduğu daş brilyant çıxdı. Lakin səhhəti yaxşıdır. Ya bu gün, ya da sabah evə yazılacaq”,- deyə sözlərinə əlavə edib.
Aytən Sadıqzadə