Kolorado ştatının Denver şəhərinin polis əməkdaşları 16 yaşlı qızı güllələyiblər.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
KİV-də verilən məlumata görə hadisə bazar ertəsi baş verib.
Yerli hakimiyyətin bəyanatında qeyd edilib ki, iki polis qaçırılmış kimi qeydiyyata alınan maşına yaxınlaşarkən, avtomobil ani olaraq onlara tərəf hərəkət etməyə başlayıb. Nəticədə polislərdən biri yaralanıb.
Cavab olaraq asayiş keşikçiləri içində yeniyetmə qız olan maşına atəş açıblar. Şahidlərin verdikləri məlumata əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları maşından onun cəsədini çıxararaq qoluna qandal geyindirdikdən sonra onun öldüyünü aşkar ediblər.
Hökumət nümayəndələri həlak olan qızın adını açıqlamayıblar, amma yaxınları onun adının Cessika Ernandes olduğunu bildiriblər.